Azərbaycanın daha bir boksçusu dünya çempionatında mübarizəyə qoşulub.
Bizim.Media xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənddəki yarışda 63,5 kq çəki dərəcəsində yarışan Malik Həsənov ilkin mərhələdə Türkiyə idmançısı Kaan Bilgi ilə qarşılaşıb.
İlk raundda ustün olan boksçumuz sonrakı raundlarda zəif təsir bağışlayıb. Nəticədə xal hesabı ilə qalib gələn qardaş ölkə təmsilçisi növbəti mərhələyə adlayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media