PSJ ötən mövsüm menecerlərə 39,44 milyon avro xərcləyib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Futbol Klublarının Maliyyə Nəzarəti Orqanları (DNCG) paylaşıb.
Paytaxt komandası 2021-ci ilin 1 iyulundan 2022-ci ilin 30 iyununa kimi menecerlərə 39,44 milyon avro xərcləyib.
Bu, PSJ üçün rekord məbləğdir. 2017/18 mövsümündə komissiyalara 23,2 milyon, ondan sonra 25,8 milyon, 26,9 milyon və 28,45 milyon vəsait xərclənib.
Bizim.Media