"Şamaxı"nın futbolçusu Bahadur Həziyev karyerasını ölkə xaricində davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçiyə Türkiyə, Rusiya və Gürcüstan klublarından maraq var.
Eyni zamanda, Azərbaycandan da digər komandalardan təklif alan Həziyev qərarını mövsümün sonunda verəcək.
Həziyev bu mövsüm Premyer Liqada 31 oyunda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media