“Kəpəz”in legioneri Ahmed Ayzaya daha bir klubun diqqət mərkəzinə düşüb.
Bizim.Media xəbər verir ki, həmin klublardan biri də “Qəbələ”dir.
Hücum xəttini gücləndirəcək istəyən qərb təmsilçisi İsnik Aliminin də gedişini nəzərə alaraq bu boşluğu Ayzaya ilə doldurmaq istəyir. Nigeriya futbolçu ilə “Səbail” də maraqlansa da, forvardın “Qəbələ”yə transfer olunmaq ehtimalı daha yüksəkdir.
Qeyd edək ki, futbolçunun “Kəpəz”lə müqaviləsi mövsümün sonunda başa çatır.
Rəşad Rafiqoğlu, Bizim.Media