Azərbaycan paralimpiyaçısı beynəlxalq turnirdə qızıl medala sahib olub.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin para-pauerliftinq idman növü üzrə milli komandasının üzvü Ceyhun Mahmudov Gürcüstanın Tbilisi şəhərində keçirilən dünya kubokunda 54 kiloqram çəki dərəcəsindəki fərdi kateqoriyada 152 kiloqram nəticə göstərərək qızıl medal qazanıb.

Bizim.Media