"Xetafe"nin yeni baş məşqçisi müəyyənləşib.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Xose Bordalas təyin edilib. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Bordalas bundan əvvəl 2016-2021-ci illərdə sözügedən klubu çalışdırıb.
Hazırda "Xetafe" 31 xalla La Liqanın turnir cədvəlində 18-ci yerdədir.
Bizim.Media