"Heydər Əliyev kuboku" BAŞA ÇATDI - FOTO 

Bu gün Voleybol Mərkəzində yarışın final qarşılaşmaları keçirilib. 

Bizim.Media xəbər verir ki, ilk olaraq meydana qadın voleybolçular çıxıb. Həlledici matçda "Abşeron" və "Azərreyl" üz-üzə gəlib.  

Son ölkə birinciliyində də final oynamış cütün bu görüşü də maraqlı mübarizədə keçib. İlk iki hissədə daha yaxşı oyun göstərən "Abşeron" 25:23 və 26:24 hesabı ilə qalib gəlsə də, üçüncü set 25:18 hesabı ilə “Azərreyl”in xeyrinə başa çatıb.  
Dördüncü setdə üstünlüyü yenidən ələ alan Famil Ağayevin yetirmələri seti 25:20 hesabı ilə öz xeyrinə yekunlaşdırıb və meydandan 3:1 hesablı qələbə ilə ayrılıb. Beləliklə, "Abşeron" ölkə çempionatının finalındakı məğlubiyyətin əvəzini çıxa bilib və "Heydər Əliyev kuboku"nun qalibi olub. "Azərreyl" isə turniri ikinci yerdə başa vurub. 

Yarışın son matçı, kişi voleybolçuların finalı isə "Xarı bülbül Şuşa" və "Murov" kollektivləri arasında baş tutub.

Yüksək Liqanın finalında da üz-üzə gəlmiş komandaların bu görüşünə "Murov" daha yaxşı başlayıb və ilk seti 25:13 hesabı ilə öz xeyrinə yekunlaşdırıb. "Xarı bülbül Şuşa" növbəti hissələrdə ciddi müqavimət göstərsə də Fərid Cəlalovun rəhbərlik etdiyi komanda qələbəni əldən verməyib 25:14,   25:22.  

Beləliklə, "Murov" Şuşa təmsilçisini bu dəfə də məğlub edərək "Heydər Əliyev kuboku"na sahib çıxıb. "Xarı bülbül Şuşa" klubu isə yarışın ikincisi olub. 

Qeyd edək ki, qarşılaşmalardan sonra qaliblərin mükafatlandırma və kubokun bağlanışın mərasimi keçirilib. 

Oyunların nəticəsi 

28.04.2023 

Final (qadınlar) 

"Abşeron" - "Azərreyl" 3:1  (25-:23, 26:24, 18:25, 25:20) 

Final (kişilər) 

"Xarı bülbül Şuşa" - "Murov" 0:3 (13:25, 14:25, 22:25) 




Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Masallının tanınmış həkimi vəfat etdi

Masallının tanınmış həkimi vəfat etdi

"Yalı çapkını" serialının aktrisası saxlanıldı

"Yalı çapkını" serialının aktrisası saxlanıldı

"Mançester Siti" "Çelsi"ni məğlub etdi - VİDEO

"Mançester Siti" "Çelsi"ni məğlub etdi - VİDEO

Başqırdıstan rəhbərinin qardaşı yol qəzasında həlak oldu

Başqırdıstan rəhbərinin qardaşı yol qəzasında həlak oldu

ABŞ kəşfiyyatı Pekinin gizli planlarını ortaya çıxardı - VİDEO

ABŞ kəşfiyyatı Pekinin gizli planlarını ortaya çıxardı - VİDEO

Xanım İsmayılqızının yubiley gecəsindən FOTO-VİDEO

Xanım İsmayılqızının yubiley gecəsindən FOTO-VİDEO

“Qalatasaray”da itki

“Qalatasaray”da itki

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Mbappe zədəsinə görə məşqi buraxdı

Mbappe zədəsinə görə məşqi buraxdı

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Macarıstanda səsvermə başa çatdı

Macarıstanda səsvermə başa çatdı

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

End of content

No more pages to load

RADİO