İspaniyanın 4-cü liqasında mübarizə aparan “Marino Luanko” klubunun üzvü Nazim Məmmədzadə komandasını dəyişə bilər.
Bizim.Media xəbər verir ki, həmyerlimizlə liqanın digər təmsilçisi “Veles” maraqlanır.
Bundan başqa digər liqaları təmsil edən bir neçə klub da Məmmədzadə ilə maraqlanır. Futbolçunun taleyinə mövsümün sonunda aydınlıq gələcək.
Rəşad Rafiqoğlu, Bizim.Media