“Xetafe”nin baş məşqçisi Sançes Flores istefaya göndərilib.
Bizim.Media xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.
İspaniyalı çalışdırıcı çempionatın 31-ci turunda evdə “Almeriya”ya 1:2 hesabı ilə məğlub olduqları görüşün ardından istefaya göndərilib. Komanda hazırda turnir cədvəlinin 17-ci pilləsində qərarlaşır.
Qeyd edək ki, Flores 2021-ci ilin oktyabrından “Xetafe”ni çalışdırıb. O, 2004-2005 və 2015-ci illərdə də bu komandaya rəhbərlik edib.
Bizim.Media