“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednikin yeni iş yeri məlum olub.
Bizim.Media xəbər verir ki, 61 yaşlı mütəxəssis Rumıniyanın “UTA Arad” komandasına rəhbərlik edəcək.
Onunla 2023-2024-cü illər mövsümünün sonuna kimi müqavilə bağlanıb. “UTA Arad” hazırda 16 komanda arasında 14-cü yeri tutur və liqada qalmaq uğrunda mübarizə aparır.
Xatırladaq ki, Rednik 2010-2011-ci illərdə “Xəzər Lənkəran”ı çalışdırıb. O, Lənkəran komandasına Azərbaycan kubokunu qazandırıb.
Rəşad Rafiqoğlu, Bizim.Media