Bu mövsüm də çempion olmağa yaxın olan “Qarabağ” Avrokuboklara və yeni mövsümə hazırlıq görür.
Bizim.Media xəbər verir ki, Ağdam klubu artıq transfer işlərinə başlayıb. Bəzi futbolçularla razılıq əldə edən rəhbərliyin heyətə qatmaq istədiyi oyunçulardan biri də braziliyalı forvarddır.
Həmin futbolçu İspaniya sekundasında oynayır. Hələlik adı açıqlanmasa da, forvard üçün “Qarabağ”ın 1 milyon avro ödəməyə hazır olduğu məlum olub. Hazırda “Qarabağ” həm futbolçu, həm də onun klubu ilə danışıqları davam etdirir.
Rəşad Rafiqoğlu, Bizim.Media