Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" Türkiyə Super Liqasında növbəti oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, sözügedən komanda səfərdə "Kasımpaşa"nın qonağı olub. Görüş "Konyaspor"un qələbəsi ilə başa çatıb - 2:1.
Mahir Emreli də bu görüşün iştirakçısı olub. O, 39-cu dəqiqədə meydana daxil olub və sona qədər oynayıb.
"Konyaspor" 31 turdan sonra 42 xalla 8-ci sıradadır. "Kasımpaşa" isə 33 xalla 12-ci pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media