Amerika Birləşmiş Ştatlarında (ABŞ) “Legasy Judo Tournament” adlı turnir keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Kaliforniya ştatının Santa Klara şəhərində reallaşan yarışda Amerikada yaşayan həmyerlimiz Oğuzxan Quliyev də iştirak edib.
O, 10-12 yaşlı oğlanlar arasında 38 kiloqramdan aşağı çəki dərəcəsi üzrə Azərbaycanı təmsil edib. İdmançımız ilk görüşündə Cənubi Koreya təmsilçisi Hajoon Lee, ardınca isə ABŞ-dən olan rəqibi Asher Hiat üzərində qələbə qazanaraq qızıl medala layiq görülüb.
Bizim.Media

