"Kəpəz" bu mövsümün qalan ev oyunlarını Qəbələdə keçirəcək.
Bizim.Media xəbər verir ki, buna səbəb Gəncə stadionunda heç bir işin görülməməsidir.
Stadionun qazonu hələ də oyun üçün yararlı deyil və qaydaya salınması üçün də əməli iş görülmür.
Güman ki, bütün bu işlərə mövsümün sonunda başlanılacaq. "Kəpəz" də ona qədər ev oyunlarını Qəbələdə keçirəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media