Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, son oyun günündə bir görüş keçiriləcək. "Sumqayıt" öz meydanında "Qəbələ" ilə qarşılaşacaq. "Qəbələ" 42 xalla turnir cədvəlində 4-cü, "Sumqayıt" isə 25 xalla 8-ci pillədə qərarlaşıb.
23 aprel (bazar)
18:00. “Sumqayıt”– “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Səbuhi Bayramov
“Kapital Bank Arena”.
Rəşad Rafiqoğlu, Bizim.Media