Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" İsveçrə çempionatında növbəti matçına çıxıb.
Bizim.Media xəbər verir ki, komanda səfərdə "Vintertur"la qarşılaşıb.
Görüş "Qrasshopper"in qələbəsiylə başa çatıb - 2:1. Dadaşov da bu görüşün iştirakçısı olub.
Start heyətdə meydana çıxan hücumçu 45+1-də komandasının ikinci qolunu vurub.
"Qrasshopper" çempionatda 29 turdan sonra 37 xalla 5-ci sıradadır.
Rəşad Rafiqoğlu, Bizim.Media