Daha iki güləşçimiz Avropa çempionatının FİNALINDA

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı sona yaxınlaşır.  

Bizim.Media xəbər verir ki, Yarışın 6-cı günündə son 5 çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.  

Nihat Məmmədli (60 kq) debütdə bolqarıstanlı Avropa çempionu və dünya ikincisi Edmond Nazaryana 3:7 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Məmmədli təsəlliverici görüşdə macarıstanlı Erik Torbayla qarşılaşacaq.  
Həsrət Cəfərov (67 kq) 1/8 finalda portuqaliyalı Pedro De Moraisə "tuş"la qalib gəlib. Cəfərov 1/4 finalda norveçli Havard Yorgensen üzərində də inamlı qələbə qazanıb - 7:1.

Güləşçimiz yarımfinalda türkiyəli Murat Firatı da eyni hesabla üstələyərək adını finala yazdırıb. Həsrət həlledici görüşdə gürcüstanlı Coni Xetsurianiylə üz-üzə gələcək.  

Ülvü Qənizadə (72 kq) 1/8 finalda ukraynalı Andrey Kulikə 4:1 hesabıyla qalib gəlib. Qənizadə 1/4 finalda bolqarıstanlı Deyvid Dimitrovu üstələyib - 3:1. Həmyerlimiz yarımfinalda türkiyəli Selçuk Canla gərgin mübarizə şəraitində keçən görüşdə sevinən tərəf olub - 2:1. Ülvü finalda fransalı İbrahim Qanemlə güləşəcək. 

Rafiq Hüseynov (82 kq) 1/8 finalda isveçrəli Mark Veberə heç bir şans tanımayıb - 8:0. 3 qat Avropa çempionu 1/4 finalda ermənistanlı Samvel Qriqoryanla gərgin keçən mübarizədən də qalib ayrılıb - 3:2.

Hüseynov yarımfinalda türkiyəli Burhan Akbudaka "tuş"la uduzub. Rafiq bürünc medal uğrunda Branko Kovaçeviç (Serbiya) - Roland Şvarts (Almaniya) görüşünün qalibiylə qarşılaşacaq. 

Arif Niftullayev (97 kq) debütdə çexiyalı Artur Omarova minimal fərqlə (1:2) məğlub olub. 

Qeyd edək ki, təsəlliverici və medal görüşləri aprelin 23-də keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-ın dövlət borcu 38,5 trilyon dolları KEÇDİ

ABŞ-ın dövlət borcu 38,5 trilyon dolları KEÇDİ

Ceyhun Bayramov 20 Yanvar şəhidlərini yad etdi – FOTO

Ceyhun Bayramov 20 Yanvar şəhidlərini yad etdi – FOTO

20 YANVAR - Müstəqillik mübarizəmizin qanla yazılan QƏHRƏMANLIQ DASTANI

20 YANVAR - Müstəqillik mübarizəmizin qanla yazılan QƏHRƏMANLIQ DASTANI

İlham Əliyev Şəhidlər xiyabanını ziyarətinə dair videoçarx paylaşıb

İlham Əliyev Şəhidlər xiyabanını ziyarətinə dair videoçarx paylaşıb

Şeyx Zayed Mükafatı: Qələbəni davamlı sülhə çevirən liderliyə verilən YÜKSƏK DƏYƏR

Şeyx Zayed Mükafatı: Qələbəni davamlı sülhə çevirən liderliyə verilən YÜKSƏK DƏYƏR

BİZİM TƏQVİM:20 yanvarda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:20 yanvarda baş vermiş tarixi hadisələr

"Barselona" yeni qapıçı axtarışına BAŞLADI

"Barselona" yeni qapıçı axtarışına BAŞLADI

Mingəçevirdə dəm qazı can aldı

Mingəçevirdə dəm qazı can aldı

Çin şirkətləri ilə birgə layihələrin həyata keçirilməsi imkanları MÜZAKİRƏ OLUNDU

Çin şirkətləri ilə birgə layihələrin həyata keçirilməsi imkanları MÜZAKİRƏ OLUNDU

"Qələbə istəyiriksə, Vinisius meydanda olmalıdır"

"Qələbə istəyiriksə, Vinisius meydanda olmalıdır"

Bu adamlar qətiyyən turşu kələm YEMƏMƏLİDİR

Bu adamlar qətiyyən turşu kələm YEMƏMƏLİDİR

“Hər əlinə mikrofon götürənə müğənni deməyin” - VİDEO

“Hər əlinə mikrofon götürənə müğənni deməyin” - VİDEO

PMS imtahanının II mərhələsinin yekun nəticələri ELAN OLUNDU

PMS imtahanının II mərhələsinin yekun nəticələri ELAN OLUNDU

"Tottenhem"in müdafiəçisi mövsümü BAŞA VURDU

"Tottenhem"in müdafiəçisi mövsümü BAŞA VURDU

Əfsanəvi modelyer Valentino Qaravani VƏFAT ETDİ

Əfsanəvi modelyer Valentino Qaravani VƏFAT ETDİ

20 yaşında dekan müavini olan Jalə Eyvazovların qızı imiş - FOTO

20 yaşında dekan müavini olan Jalə Eyvazovların qızı imiş - FOTO

Prezidentdən 20 Yanvar faciəsi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentdən 20 Yanvar faciəsi ilə bağlı PAYLAŞIM - FOTO

20 Yanvar faciəsindən 36 il ötür

20 Yanvar faciəsindən 36 il ötür

Alena Əliyeva Ümumxalq Hüzn Günü ilə bağlı PAYLAŞIM ETDİ - FOTO

Alena Əliyeva Ümumxalq Hüzn Günü ilə bağlı PAYLAŞIM ETDİ - FOTO

Pakistandakı dəhşətli yanğında ölənlərin sayı ARTDI

Pakistandakı dəhşətli yanğında ölənlərin sayı ARTDI

FİFA milli komandaların yeni siyahısını AÇIQLADI

FİFA milli komandaların yeni siyahısını AÇIQLADI

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu

“20 Yanvar faciəsinin təkrarlanmaması üçün səylərimizi davam etdiririk” - Rəsmi Bakıdan BƏYANAT

“20 Yanvar faciəsinin təkrarlanmaması üçün səylərimizi davam etdiririk” - Rəsmi Bakıdan BƏYANAT

Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım etdi - FOTO

Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım etdi - FOTO

End of content

No more pages to load

RADİO