İngiltərənin "Çelsi" klubu yeni mövsüm üçün baş məşqçi axtarışlarını davam etdirir.
Bizim.Media xəbər verir ki, Premyer Liqa klubunu çalışdırmağa namizədlərdən biri Yulian Naqelsmann idi.
London təmsilçisinin rəhbərliyi alman mütəxəssislə 3 dəfə görüşüblər. Lakin Naqelsmann "Çelsi"nin təklifini qəbul etməyib. "Mavilər" digər namizədlərlə danışıqlar aparacaq.
Qeyd edək ki, Yulian Naqelsmann bir müddət əvvəl "Bavariya"nın baş məşqçisi postundan istefaya göndərilib.
Rəşad Rafiqoğlu, Bizim.Media