Basketbol Liqasında 27-ci turun ikinci oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, play-off-dan kənarda qalmış "Sərhədçi" və çempionatın lideri "Sabah" komandalarının qarşılaşdığı oyunun yekununda, "Sabah" basketbolçuları rəqibləri üzərində 89-86 hesablı qələbə qazanıblar.
Bu qələbədən sonra "Sabah" çempionatın şəriksiz lideri olub.
Ən məhsuldar basketbolçular: "Sərhədçi PİK" ( Trevor Blekmon - 26 xal, 6 ribaund), "Sabah BK" ( Entoni Patti - 33 xal, 4 ribaund) seçiliblər.




Rəşad Rafiqoğlu, Bizim.Media