Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan 35 yaşlı idmançı polşalı Anna Lukasyakla qarşılaşıb.
Rəqibinə 9:0 hesabı ilə qalib gələn səkkizqat Avropa çempionu finala yüksələ bilib. Stadnikin finaldakı rəqibi həmyerlisi Oksana Livaç (Ukrayna) olacaq.
Bizim.Media