Bu gün Azərbaycan kubokunda yarımfinalın ilk oyunlarına yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, ikinci oyun günündə “Turan Tovuz” “Neftçi”ni qəbul edəcək. G
örüş saat 16:00-da başlayacaq.
19 aprel (çərşənbə)
16:00. “Turan Tovuz” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Tural İbrahimov.
Tovuz şəhər stadionu.
Rəşad Rafiqoğlu, Bizim.Media