"Sabah"ın futbolçusu Şakir Seyidov yeni mövsümə də "Turan Tovuz"da başlaya bilər.
Bizim.Media xəbər verir ki, yarımmüdafiəçinin xidmətində Premyer Liqanın başqa komandaları da maraqlıdır.
Amma onun Tovuz təmsilçisinin formasını geyinəcəyi gözlənilir. Belə ki, onun icarə müddətinin bir illik artırılacağı ehtimal edilir.
Qeyd edək ki, futbolçu yayda "Sabah"dan "Turan Tovuz"a icarəyə verilib.
Rəşad Rafiqoğlu, Bizim.Media