“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu.
Bizim.Media xəbər verir ki, Türkiyə təmsilçisi boş qalan postu Nenad Byeliçaya tapşırdı.
51 yaşlı mütəxəssislə müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Xorvat mütəxəssis daha əvvəl İtaliyada “Spetsiya”, Polşada “Lex”, Xorvatiyada “Dinamo” və “Osiyek”də çalışıb.
O, bu mövsüm 100 min, növbəti 2 mövsümün hər birində isə 1,6 milyon avro qazanacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media