Ukrayna Premyer Liqasında çıxış edən daha bir futbolçu karyerasını Azərbaycanda davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, “Aleksandriya”nın yarımmüdafiəçisi Emil Mustafayevin ölkəmizdə oynamaq ehtimalı yaranıb.
Bu ildən “Aleksandriya”nın əsas heyət üzvünə çevrilən U-21 yığmamızın üzvü ilə “Neftçi” danışıq aparır. Ancaq futbolçu Premyer Liqanın digər komandalarının da diqqət mərkəzində olduğundan “Neftçi”nin onunla anlaşması asan olmayacaq.
Qeyd edək ki, “Aleksandriya”nın yetirməsi olan və 2021-ci ildən əsas komandada çıxış edən Emil Mustafayevin klubla müqaviləsi mövsümün sonuna qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media