Misli Premyer Liqasının 30-cu turunun “Kəpəz” - “Turan Tovuz” oyunundan (1:0) sonra qalmaqal yaşanıb.
Bizim.Media xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən görüşün başa çatmasından dərhal sonra meydanda futbolçular arasında dava düşüb.
Hər iki komandanın bəzi futbolçuları əlbəyaxa davaya çıxıblar. Onları məşqçilər və klub rəsmiləri sakitləşdiriblər.
Bizim.Media