Ukraynanın “Aleksandriya” klubunun üzvü Emil Mustafayev karyerasını Belçikada davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, adıçəkilən ölkənin “Vesterlo” klubu həmyerlimizi heyətinə cəlb etmək istəyir.
Avropa təmsilçisi mövsümün sonunda Emilin transferi ilə bağlı danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, “Aleksandriya” ilə müqaviləsi yayda başa çatacaq Mustafayevə Kiyev “Dinamo”su da maraq göstərir.
Rəşad Rafiqoğlu, Bizim.Media