Taekvondo üzrə Dünya Çempionatı Bakıda KEÇİRİLƏCƏK

Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək Taekvondo üzrə Dünya Çempionatına son hazırlıqlarla bağlı mətbuat konfransı keçirilib. 

Bizim.Media xəbər verir ki, konfransda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov çıxış edib. 

O bildirib ki, beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübəyə malik olan paytaxtımız bu ilin may ayında Taekvondo üzrə Dünya Çempionatına ev sahibliyi edəcək.

“Ölkəmizdə keçirilən bu çempionat Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyi və Dünya Taekvondo Federasiyasının 50 illik yubileyinə təsadüf etdiyindən bizim üçün xüsusi əhəmiyyət daşıyır. Yarışların təşkilində bütün texniki məsələlər nəzərdən keçirilib və hazırlıq işləri yüksək səviyyədə davam edir”, - deyə vitse-prezident bildirib. 

Konfransda Taekvondo üzrə Dünya Çempionatının promo videoçarxı, eləcə də rəsmi saytı təqdim olunub. 

Saytın yenilənməsində əsas məqsəd Bakıda ilk dəfə keçiriləcək dünya çempionatıdır. Yarışın gedişində sayt vasitəsi ilə döyüşlərin canlı yayımı və onlayn hesabların verilməsi nəzərdə tutulub. Həmçinin, gündəlik fotosessiyalar, maraqlı anların videosu paylaşılacaq. 

Mundiala paytaxtımızın ev sahibliyi etmək hüququ bir il öncə verilib. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini versə də, səsvermə ilə Azərbaycan qalib gəlib.

Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə isə Avropa çempionatı, Qran-pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatını bizə həvalə edib.

Mundial mayın 29-dan iyunun 4-dək Bakı Kristal Zalında keçiriləcək. 

Sayca 26-cı dəfə təşkil olunacaq yarış Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq. Bu səbəbdən də mundial əvvəlkilərdən fərqlənəcək və paytaxtımıza 3000-dək qonağın gəlişi gözlənilir.

Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olacaq. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra 7-ci kimi tarixə düşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi

Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi

Sumqayıtda ZƏNCİRVARİ QƏZA: Dörd avtomobil və avtobus TOQQUŞDU - FOTO

Sumqayıtda ZƏNCİRVARİ QƏZA: Dörd avtomobil və avtobus TOQQUŞDU - FOTO

Vaşinqton və Tehran arasında növbəti görüş nə zaman olacaq?

Vaşinqton və Tehran arasında növbəti görüş nə zaman olacaq?

Azərbaycanda orta illik inflyasiya AÇIQLANDI

Azərbaycanda orta illik inflyasiya AÇIQLANDI

Roma Papası Trampa CAVAB VERDİ: “Ondan qorxmuram”

Roma Papası Trampa CAVAB VERDİ: “Ondan qorxmuram”

Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi – SƏRƏNCAM

Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi – SƏRƏNCAM

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri TƏYİN EDİLDİ

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Uzak şehir"dən gedir - Foto

"Uzak şehir"dən gedir - Foto

Bulvarda gülləri əzənlər polisə çağırıldı – VİDEO

Bulvarda gülləri əzənlər polisə çağırıldı – VİDEO

Həftəsonu onlar üçün qəbul imtahanı KEÇİRİLƏCƏK

Həftəsonu onlar üçün qəbul imtahanı KEÇİRİLƏCƏK

İranla bağlı şok statistika: Ötən il 2 minə yaxın insan edam edilib

İranla bağlı şok statistika: Ötən il 2 minə yaxın insan edam edilib

İnternat məktəbində OLAY – Direktor yıxılıb xəsarət almış şagirdi niyə xəstəxanaya QOYMADI? – ÖZƏL

İnternat məktəbində OLAY – Direktor yıxılıb xəsarət almış şagirdi niyə xəstəxanaya QOYMADI? ÖZƏL

Nəriman oynamadı, komandası xal itirdi – VİDEO

Nəriman oynamadı, komandası xal itirdi – VİDEO

Ağsuda oğurluq edən keçmiş məhkum saxlanıldı - VİDEO

Ağsuda oğurluq edən keçmiş məhkum saxlanıldı - VİDEO

Blinken: “Tramp özünü elə bir küncə salıb ki, oradan çıxmaq...”

Blinken: “Tramp özünü elə bir küncə salıb ki, oradan çıxmaq...”

İsrail ordusu “Hizbullah”ın yeraltı tunelini məhv etdi – ANBAAN VİDEO

İsrail ordusu “Hizbullah”ın yeraltı tunelini məhv etdi – ANBAAN VİDEO

Veteran pulu ilə bağlı yeni XƏBƏR

Veteran pulu ilə bağlı yeni XƏBƏR

Külək əsəcək, intensiv yağış yağacaq - SABAHIN HAVASI

Külək əsəcək, intensiv yağış yağacaq - SABAHIN HAVASI

Dəhşətli qəzada ölənlərin kimliyi bilindi – VİDEO

Dəhşətli qəzada ölənlərin kimliyi bilindi – VİDEO

Keçmiş sədrdən xələfinə - Tövsiyələr

Keçmiş sədrdən xələfinə - Tövsiyələr

Kart ödənişlərində komissiyalara limit qoyuldu – QƏRAR

Kart ödənişlərində komissiyalara limit qoyuldu – QƏRAR

SON DƏQİQƏ! Aprelin 12-də keçirilmiş buraxılış imtahanının doğru cavabları AÇIQLANDI

SON DƏQİQƏ! Aprelin 12-də keçirilmiş buraxılış imtahanının doğru cavabları AÇIQLANDI

İran rəsmisindən ŞOK AÇIQLAMA: “ABŞ qüvvələri pilotu xilas etməyə gəlməmişdi” - VİDEO

İran rəsmisindən ŞOK AÇIQLAMA: “ABŞ qüvvələri pilotu xilas etməyə gəlməmişdi” - VİDEO

End of content

No more pages to load

RADİO