AFFA İcraiyyə Komitəsi millinin baş məşqçi postunda dəyişiklik etməsə də, Canni De Byazinin işinə tsiklin sonunda xitam veriləcək.
Bizim.Media xəbər verir ki, İK-nın iclasında italiyalı mütəxəssisin gedişindən sonra milli komandaya kimin başçılıq edəcəyi müzakirə olunub.
AFFA De Byazini yola saldıqdan sonra da Azərbaycan millisini yerli mütəxəssisə tapşırmaq istəmir. Federasiya millini çalışdırmaq üçün türkiyəli mütəxəssisə müraciət edə bilər.
İtaliyalı məşqçi yola salındıqdan dərhal sonra millimizə namizəd mütəxəssislərin siyahısı tərtib olunacaq. Böyük ehtimalla, millimizi növbəti tsikldə türkiyəli məşqçi çalışdıracaq. Canni De Byazinin AFFA ilə müqaviləsi AVRO-2024-ün seçmə mərhələsinin sonuna qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media