Bu gün Bakıda bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turniri start götürəcək

Bu gün Bakıda Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təsdiq olunmuş bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turnirinə start veriləcək.

Bizim.Media xəbər verir ki, 14 ölkədən 119 gimnastın iştirak edəcəyi budəfəki yarışda gənc bədii gimnastlara, böyük yaşlı idmançılar da qoşulacaqlar.

Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək.

Yarışda böyük yaşlı fərdi gimnastlar arasında təcrübəli idmançımız - Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, 34-cü beynəlxalq Qran-pri yarışının qalibi və gümüş mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının dördqat qalibi, Yay Universiadasının ikiqat gümüş mükafatçısı Zöhrə Ağamirova, V İslam Həmrəyliyi Oyunlarının qalibi Alina Gözəlova, eləcə də bir sıra beynəlxalq turnirlərin qalib və mükafatçıları olan gənc gimnastlarımız mübarizəyə qoşulacaqlar.

Böyüklər arasında qrup hərəkərtləri proqramında isə dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionatının üçqat bürünc medalçısı, V İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi və gümüş mükafatçısı olan Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət yığmamızın üzvləri xalça üzərinə çıxacaqlar.
Bununla yanaşı, gənclər arasında ölkəmizi qrup hərəkətləri üzrə iki komanda təmsil edəcək.

Azərbaycan ilk dəfə 2018-ci, daha sonra isə 2019-cu ildə bu növ üzrə gənclər arasında “AGF Trophy” adlı beynəlxalq turnirə ev sahibliyi edib. Bu yarış böyük gimnastlar üçün aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyacaq.

Üç gün davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.

Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Alim Qasımovun nəvəsinin həyat yoldaşına sürprizi MÜZAKİRƏ OLUNDU - VİDEO

Alim Qasımovun nəvəsinin həyat yoldaşına sürprizi MÜZAKİRƏ OLUNDU - VİDEO

Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi

Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi

Sumqayıtda ZƏNCİRVARİ QƏZA: Dörd avtomobil və avtobus TOQQUŞDU - FOTO

Sumqayıtda ZƏNCİRVARİ QƏZA: Dörd avtomobil və avtobus TOQQUŞDU - FOTO

Vaşinqton və Tehran arasında növbəti görüş nə zaman olacaq?

Vaşinqton və Tehran arasında növbəti görüş nə zaman olacaq?

Azərbaycanda orta illik inflyasiya AÇIQLANDI

Azərbaycanda orta illik inflyasiya AÇIQLANDI

Roma Papası Trampa CAVAB VERDİ: “Ondan qorxmuram”

Roma Papası Trampa CAVAB VERDİ: “Ondan qorxmuram”

Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi – SƏRƏNCAM

Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi – SƏRƏNCAM

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri TƏYİN EDİLDİ

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Uzak şehir"dən gedir - Foto

"Uzak şehir"dən gedir - Foto

Bulvarda gülləri əzənlər polisə çağırıldı – VİDEO

Bulvarda gülləri əzənlər polisə çağırıldı – VİDEO

Həftəsonu onlar üçün qəbul imtahanı KEÇİRİLƏCƏK

Həftəsonu onlar üçün qəbul imtahanı KEÇİRİLƏCƏK

İranla bağlı şok statistika: Ötən il 2 minə yaxın insan edam edilib

İranla bağlı şok statistika: Ötən il 2 minə yaxın insan edam edilib

İnternat məktəbində OLAY – Direktor yıxılıb xəsarət almış şagirdi niyə xəstəxanaya QOYMADI? – ÖZƏL

İnternat məktəbində OLAY – Direktor yıxılıb xəsarət almış şagirdi niyə xəstəxanaya QOYMADI? ÖZƏL

Nəriman oynamadı, komandası xal itirdi – VİDEO

Nəriman oynamadı, komandası xal itirdi – VİDEO

Ağsuda oğurluq edən keçmiş məhkum saxlanıldı - VİDEO

Ağsuda oğurluq edən keçmiş məhkum saxlanıldı - VİDEO

Blinken: “Tramp özünü elə bir küncə salıb ki, oradan çıxmaq...”

Blinken: “Tramp özünü elə bir küncə salıb ki, oradan çıxmaq...”

İsrail ordusu “Hizbullah”ın yeraltı tunelini məhv etdi – ANBAAN VİDEO

İsrail ordusu “Hizbullah”ın yeraltı tunelini məhv etdi – ANBAAN VİDEO

Veteran pulu ilə bağlı yeni XƏBƏR

Veteran pulu ilə bağlı yeni XƏBƏR

Külək əsəcək, intensiv yağış yağacaq - SABAHIN HAVASI

Külək əsəcək, intensiv yağış yağacaq - SABAHIN HAVASI

Dəhşətli qəzada ölənlərin kimliyi bilindi – VİDEO

Dəhşətli qəzada ölənlərin kimliyi bilindi – VİDEO

Keçmiş sədrdən xələfinə - Tövsiyələr

Keçmiş sədrdən xələfinə - Tövsiyələr

Kart ödənişlərində komissiyalara limit qoyuldu – QƏRAR

Kart ödənişlərində komissiyalara limit qoyuldu – QƏRAR

SON DƏQİQƏ! Aprelin 12-də keçirilmiş buraxılış imtahanının doğru cavabları AÇIQLANDI

SON DƏQİQƏ! Aprelin 12-də keçirilmiş buraxılış imtahanının doğru cavabları AÇIQLANDI

End of content

No more pages to load

RADİO