Azərbaycanlı futbolçu Nurlan Novruzovun yeni komandası məlum olub.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu karyerasını Litvada davam etdirəcək.
Təcrübəli forvard "Yonava"ya keçib. "Yanova" Litva çempionatında 5 turdan sonra sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, Nurlan Novruzov karyerası ərzində "Bakı", "Zirə", "Sumqayıt", "Səbail", Nepalın "Maçindra", "Lalitpur", Estoniyanın "Narva-Trans", Moldovanın "Dinamo-Avto", Türkiyənin "Şanlıurfa", "Dersim" kimi klublarında çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media