Türkiyənin daha bir klubu “Qarabağ”ın aparıcı futbolçularından biri olan Abdulla Zubirə maraq göstərir.
Bizim.Media xəbər verir ki, bu birinci divizionda mübarizə aparan “Samsunpor”dur.
Son turun nəticələrindən sonra komanda Superliqaya vəsiqə qazanıb. Rəhbərliyin əsas transfer hədəflərindən biri də məhz Zubirdir.
Qeyd edək ki, daha öncə Superliqa təmsilçisi “Alanyaspor”un da Abdulla Zubirə maraq göstərdiyi məlum olub.
Rəşad Rafiqoğlu, Bizim.Media