Azərbaycan millisinin üzvü Anton Krivotsyuk "Tecon Xana Sitizen"də növbəti oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, sözügedən komanda evdə "Seul"la qarşılaşıb.
5 qolun vurulduğu matçda "Teçon Xana Sitizen" qalib gəlib - 3:2.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib. Antonun komandası çempionatda 11 xalla ikinci sıradadır.
Rəşad Rafiqoğlu, Bizim.Media