21 yaşlılardan ibarət Azərbaycan millisinin formasını geyinən Murad Vəliyev ölkəmizdə oynaya bilər.
Bizim.Media xəbər verir ki, “Neftçi” adıçəkilən futbolçu ilə danışıq aparır.
Hazırda Estoniyada “Levadiya” forması geyinən həmyerlimizin komandası ilə müqaviləsi 2024-cü il dekabrın 31-də başa çatacaq.
“Neftçi” 21 yaşlı futbolçunu yayda heyətinə qatmaq istəyir. Əgər danışıqlar müsbət yekunlaşsa, keçid yayda reallaşacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media