"Barselona"nın sabiq baş məşqçisi Ronald Kuman Lionel Messinin klubdan ayrılmasından danışıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu gözləmədiyini deyib:
"Sürpriz oldu. Mövsümöncəsi mənə dedilər: “Sabah Messi və atası ilə görüşümüz var, müqavilə imzalayacağıq və o, qalacaq”. Ertəsi gün Laporta ("Barselona" prezidenti - red.) mənə zəng etdi və dedi: “Vəziyyət mürəkkəbdir”. Gecə isə Messi getdi".
Qeyd edək ki, Messi 2004-2021-ci illərdə Kataloniya klubunun formasını geyinib. O, hazırda PSJ-də çıxış edir. Kuman isə 2020-21-ci illərdə "Barselona"nı çalışdırıb.
Bizim.Media