Premyer Liqa təmsilçisi "Turan Tovuz" yayda bəzi futbolçularla yollarını ayıracaq.
Bizim.Media xəbər verir ki, bölgə klubu yayda heyətinə qatdığı Ben Aziz Dao ilə müqavilə müddətini uzatmayacaq.
Qərb klubu burkina-fasolu müdafiəçi ilə hələ qışda yollarını ayırmağa çalışırdı. Lakin afrikalı futbolçu bunu istəməyib. Ona görə də, Dao əvəzedici heyətə göndərilib.
Yayda isə "Turan Tovuz" adıçəkilən futbolçuya yeni müqavilə təklif etmədən, onunla işbirliyinə son qoyacaq.
Qeyd edək ki, 23 yaşlı müdafiəçi Azərbaycana gələnə qədər "Dunes", "Slutsk", "Smorqon", "Dunes" klublarında çıxış etmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media