Xəbər verildiyi kimi ötən ay "Yunan-Roma" güləş növündə Avropa çempionatında ölkəmizi təmsil edən idmançılar sırasında yüksək nəticə göstərənlərdən biri də Balakənin yetirməsi Murad Əhmədiyev idi.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Avropa çempionu Murad Əhmədiyev ötən gün Balakənə gəlib. Onu rayonda böyük coşqu və ehtiramla qarşılayıblar.
Əvvəlcə rayon gənclər və idman idarəsində Muradla görüş keçirilib. Daha sonra Balakən RİH-nin başçısı İslam Rzayev Rumuniyanın Buxarest şəhərində keçirilən çempoinatda ən yüksək nəticə göstərərək Avropa çempionu adını qazanan Murad Əhmədiyevi qəbul edib.
Görüşdə Muradla yanaşı onun məşqçisi və digər idmançı yoldaşları da iştirak edib, fikir mübadiləsi aparılıb, idmanın bu növünün inkişafı ilə bağlı rayonda görülən və görüləcək işlərdən danışılıb.
Qeyd edək ki, Murad Əhmədiyev həm də Dünya Kubokunun ikincisidir.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu