Rusiyalı iş adamı Roman Abramoviçin gizli şəkildə Niderland "Vitess"ini maliyyələşdirdiyi ortaya çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
O, hələ "Çelsi"nin sahibi olduğu müddətdə sözügedən klubun alınmasına görə 2015-ci ilin sonuna qədər 117 milyon avro maliyyə vəsaiti ödəyib. Bu maliyyə qeyri-müəyyən offşor şirkətlər vasitəsilə ötürülüb.
"Vitesse" isə bu faktı inkar edib.
Qeyd edək ki, R.Abramoviç ötən il mayın 26-da "Çelsi"ni ABŞ konsorsiumuna satıb.
Bizim.Media