"Qarabağ" bu gün xeyriyyə matçında Türkiyənin "Qalatasaray" klubu ilə üz-üzə gəlib.
Bizim.Media xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan oyunda "Qalatasaray" 2-1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" görüşündən əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün göndəriləcək.
20:00. "Qarabağ" - "Qalatasaray" 1:2
Qollar: Redon Cica, 19 - Bafetimbi Qomis, 4, Mauro İkardi, 82
Bizim.Media