Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.
Bizim.Media xəbər verir ki, finalda "Gəncə" və NTD klubları üz-üzə gəliblər. Sərhədçi İdman Mərkəzində keçirilən görüşün əsas vaxtı 85:85 hesabı ilə başa çatıb.
Bu səbəbdən qarşılaşmada əlavə vaxt oynanılıb.
Yekunda 100:89 hesabı ilə qələbə qazanan gəncəlilər kuboka sahib çıxıblar.
Bizim.Media