"Qəbələ" Azərbaycan milli komandasının da qapısını qoruyan Səlahət Ağayevlə yollarını ayırmaq istəmir.
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi 32 yaşlı qapıçı ilə müqavilə müddətini artırmaq niyyətindədir. Hazırda onunla bu barədə danışıqlar aparılır.
Təcrübəli qapıçının "Qəbələ" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. O, “İnter”(indiki “Şamaxı”), MOİK, “Sumqayıt”, “Neftçi”, Sabah” klublarının da şərəfini qoruyub.
Rəşad Rafiqoğlu, Bizim.Media