Futbol üzrə Gürcüstan millisi Monqolustanla yoldaşlıq oyunu keçirib.
Bizim.Media xəbər verir ki, Batumidəki matçda meydan sahibləri 6:1 hesabı ilə qalib gəliblər.
“Sabah”ın hücumçusu David Volkov Gürcüstan yığmasının start heyətində meydana çıxıb. 27 yaşlı forvard bu oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
15-ci dəqiqədə hesabı açan Volkov 58-də Çakvetadzenin fərqlənməsinə şərait yaradıb. O, 71 dəqiqə meydanda olub.
Rəşad Rafiqoğlu, Bizim.Media