Bir neçə gün əvvəl panamalı futbolçu ilə müqavilə bağlayan “Turan Tovuz” daha bir legionerlə danışıq aparır.
Bizim.Media xəbər verir ki, söhbət qanalı yarımmüdafiəçi Divayn Naadan gedir.
Hazırda 26 yaşlı futbolçu ilə danışıqlar son mərhələdədir. Yaxın günlərdə onun Azərbaycana gələrək “Turan Tovuz”la müqavilə bağlaması gözlənilir.
Qeyd edək ki, qanalının sonuncu klubu Litvanın “Jalgiris” klubu olub.
Rəşad Rafiqoğlu, Bizim.Media