"Qarabağ"la xeyriyyə matçında qarşılaşacaq "Qalatasaray"ın Azərbaycana gəliş saatı dəyişib.
Bizim Media xəbər verir ki, İstanbul təmsilçisi əvvəlcədən planlaşdırıldığı kimi martın 25-də saat 19:30-da deyil, 23:40-da Bakıda olacaq.
Buna səbəb "sarı-qırmızılar"ın baş məşqçisi Okan Burukun komandanın məşq proqramında dəyişiklik etməsidir.
Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" qarşılaşması 26 mart tarixində saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.
Bizim.Media