Martın 27-də öz meydanında Avro-2024-ün seçmə mərhələsində millimizlə qarşılaşacaq Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik qarşıdakı görüşlə bağlı fikirlərini bildirib.
Bizim.Media xəbər verir ki, yerli federasiyanın mətbuat xidmətinə danışan mütəxəssis bunları deyib:
"Ev oyunumuzda azarkeşlərimizlə birlikdə möhtəşəm atmosfer yaratmaq istəyirik. Rəqiblərimizi sadə ötürmələrlə məğlub edə bilmərik. Azərbaycanı məğlub etmək üçün mümkün olan ən yaxşı performansı göstərməliyik. Eyni şey Estoniya ilə oyuna da aiddir".
Avstriya millisi martın 24-də Azərbaycanı qəbul edəcək, üç gün sonra isə səfərdə Estoniya ilə üz-üzə gələcək.
Rəşad Rafiqoğlu, Bizim.Media