“Sent-Etyenn” mövsümün əvvəlində “Qarabağ”dan transfer etdiyi İbrahima Vadjini sata bilər.
Bizim.Media xəbər verir ki, futbolçunun hazırda yaxşı formada olması klub rəhbərliyinin ondan gəlir əldə etmək imkanlarını olduğuna inandırıb.
Fransız təmsilçisinin rəhbərliyi hesab edir ki, son 5 oyunda 3 qol vuran Vadji məhsuldarlığını davam etdirəcəyi halda, yayda onun satışından gəlir qazanmaq mümkün olacaq.
Hazırda klub Vadjinin gedişi ilə yaranacaq boşluğu doldurmaq üçün variantlara baxır.
Qeyd edək ki, Vadji bu mövsüm “Sent-Etyenn”in heyətində Liqa 2-də 6 qola imza atıb.
Rəşad Rafiqoğlu, Bizim.Media