25 mart – 1 aprel tarixlərində Albaniyanın Dürres şəhərində yeniyetmələr arasında ağır atletika üzrə dünya birinciliyi keçiriləcək.
Bizim.Media xəbər verir ki, 60-dan çox ölkədən 322 (166 kişi + 156 qadın) atletin qatılacağı yarışda Azərbaycan atletləri də qüvvələrini sınayacaq.
Komandamız Dəniz Cabbarlı (55 kq), Turan Əliyev (67 kq), və Ravin Alməmmədovla (73 kq) təmsil olunacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media