İspaniya La Liqasında XXVI tur "El-Klassiko" ilə yadda qalıb.
Bizim.Media xəbər verir ki, turun mərkəzi matçında lider “Barselona” ən yaxın izləyicisi “Real Madrid”lə üz-üzə gəlib.
Görüş katalonların 2-1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 9-cu dəqiqədə “Real” açsa da, Serxio Robertonun 45-ci, Frank Kessienin isə 90+2-ci dəqiqələrdə vurduğu qollar "Barselona"ya qələbə gətirib.
Qeyd edək ki, bu "Barselona"nın "El-Klassiko"larda 100-cü qələbəsi kimi tarixə keçib.
Bizim.Media