Bu gün dünya futbolunun ən çox gözlənilən oyunlarından biri keçiriləcək.
Bizim.Media xəbər verir ki, İspaniya çempionatında "El-Klasiko" oynanılacaq. 26-cı turda lider "Barselona" 2-ci pillədəki "Real"la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Bu komandalar arasında İspaniya kubokunun yarımfinalında keçirilən sonuncu görüşdə Kataloniya təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Barselona" hazırda 65 xalla 1-ci, "Real" 56 xalla 2-cidir.
Rəşad Rafiqoğlu, Bizim.Media