“Neftçi”nin baş məşqçisi Lorentsiu Regekampf karyerasını Qətərdə davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, təcrübəli mütəxəssis bu ölkənin adı çəkilməyən klublarının birindən təklif alıb.
İlkin danışıqlar zamanı rumıniyalıya illik 800 min avro maaş təklif olunub. Regekampf qarşı tərəfə konkret cavab verməyərək mövsümün sonunu gözləməyi lazım bilib.
Rumıniyalının “Neftçi” ilə müqaviləsi olsa da, paytaxt klubu ölkə kubokunu qazanmasa, baş məşqçini istefaya göndərəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media