Bu gün Azərbaycan Birinci divizionunda 21-ci tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, son oyun günündə 1 matç keçirilib.
Lider "Araz Naxçıvan"la "Zirə-2" üz-üzə gəlib. Naxçıvandakı oyunda meydan sahibləri böyük hesabla qalib gəliblər.
“Araz Naxçıvan” – “Zirə-2” - 3:0
Qollar: De Saboa İv Lüsyen, 29. Orxan Əliyev, 60. Fərid Kərimzadə, 86.
Hakimlər: Şamil İmanzadə, Vüqar Bayramov, Asif Abdullayev, Murad Səlimov
Naxçıvan Muxtar Respublika stadionu
Bizim.Media